Britaniya ictimai binalarda enerjiyə qənaət üçün 840 milyon dollarlıq vəsait ayırır
Böyük Britaniya hökuməti məktəblər, qayğı evləri, icma mərkəzləri və digər ictimai binalarda təmiz enerji texnologiyalarının tətbiqi üçün 630 milyon funt sterlinq (təxminən 838 milyon dollar) dəyərində investisiya planını elan edib.
Fhnews.az “Reuters”ə istinadla xəbər verir ki, bu vəsait günəş panelləri, istilik nasosları və digər enerjiyə qənaət edən texnologiyaların quraşdırılmasına yönəldiləcək.
Layihə ölkədə yüksək enerji qiymətlərindən əziyyət çəkən sektorları dəstəkləmək və hökumətin iqlim hədəflərinə çatmaq üçün emissiyaları azaltmaq məqsədilə həyata keçirilir. Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin yaydığı məlumata görə, bu sərmayələr növbəti 12 il ərzində ildə təqribən 650 milyon funt sterlinq enerji xərclərinə qənaətə səbəb olacaq.
Son illərdə məktəblər, xəstəxanalar, əyləncə mərkəzləri və digər ictimai müəssisələr üçün yüksək enerji hesabları ciddi problemə çevrilib.
Avropada maliyyə inqilabı-nağd puldan...
Çinin sürücüsüz taksiləri Avropaya yol...
Yunanıstan zəlzələyə hazırlaşır:...
Türkiyənin Konya vilayətində 5,2 bal...
Britaniya ictimai binalarda enerjiyə...