15 may 2025, cümə axşamı Bakı, 18°C
IMG-LOGO

Dövlət Xidmətində Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə müzakirələr aparılıb

14-05-2025
IMG

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini (SHXÇDX) ziyarət edib.

Dövlət Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən SHXÇDX-in rəisi Mürsəl İbrahimov Azərbaycan ilə Türkiyə arasında olan qardaşlıq və müttəfiqliyin böyük tarixi köklərə malik olduğunu vurğulayıb.

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memiş də öz növbəsində iki ölkə arasında olan münasibətlərin dərinləşməsinin, həmçinin hərbi sahədə əməkdaşlığın və təcrübə mübadiləsi aparılmasının önəmli olmasından danışıb.

Görüş zamanı hərbi xidmətə çağırış prosesi, tibbi şəhadətləndirmə, möhlət hüququ, dinc dövrdə və müharibə dövründə səfərbərlik hazırlığı, proseslərin avtomatlaşdırılması, rəqəmsallaşma və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Görüşün sonunda qonaqlara rəmzi hədiyyələr təqdim edilib.

Paylaş: