15 may 2025, cümə axşamı Bakı, 16°C
IMG-LOGO

Azərbaycan Minifutbol Federasiyasının prezidenti: Hədəfimiz doğma azarkeşlər önündə dünya çempionu olmaqdır

15-05-2025
IMG

Dünya çempionatı üçün hazırlıqlar son mərhələyə çatıb.

Fhnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakının ev sahibliyi edəcəyi dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "Fan Zona"da jurnalistlərə açıqlamasında deyib.

O, mundialın keçiriləcəyi Milli Gimnastika Arenasında da hazırlıqların yekunlaşmaq üzrə olduğunu bildirib: "Bir neçə günə arena tam hazır olacaq. Bildiyiniz kimi, mayın 19-da dünya çempionatına həsr olunan “Legend Cup” keçiriləcək. Düşünürəm ki, futbol ictimaiyyəti və azarkeşlər həmin oyunu böyük səbirsizliklə gözləyirlər".

O.Məmmədov Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşü keçirəcəyini də vurğulayıb: "Bu da mundial öncəsi son oyun olacaq. Bundan əvvəl yığma Monteneqroda təşkil edilən turnirdə birinci, Slovakiyada isə ikinci olmuşdu. Ab-hava yüksək səviyyədədir. Hədəfimiz doğma azarkeşlər önündə dünya çempionu olmaqdır".

Federasiya rəhbəri dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "fan zona"nın azarkeşlərdə bu idman növünə olan marağı artıracağını söyləyib: "Həm yerli, həm də əcnəbi insanlar bura maraq göstərir. Mundialın sonuna kimi bu cür tədbirlər təşkil edəcəyik".

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.

Paylaş: