Stolüstü tennis üzrə komanda yarışlarında qalib və mükafatçılar məlum olub
Stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, artıq komanda yarışlarında qalib və mükafatçılar məlum olub. Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutublar. Qadınların yarışından “Sumqayıt-1” qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.
Yarışa mayın 17-də yekun vurulacaq.
Dünya çempionatı ilə əlaqədar...
Fərid Qayıbov: Minifutbol millimizin...
Azərbaycan Minifutbol Federasiyasının...
Bakıda “Heydər Əliyev Kuboku-2025”...
Stolüstü tennis üzrə komanda...