Azərbaycan və Qazaxıstan parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğu qeyd olunub, xalqlarımızın hər zaman bir–birinə qarşılıqlı dəstək verməsindən məmnunluq ifadə edilib.
Parlamentlərimiz arasında əlaqələr haqqında danışan Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Bu istiqamətdə əlaqələrin yüksələn xətt üzrə inkişafı təqdir edilib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində parlamentarilərimizin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti də vurğulanaraq, xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Milli Məclisin sədri ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirərək deyib ki, TÜRKPA-nı daha da gücləndirmək üçün parlamentarilər də birgə səyləri davam etdirməlidirlər. Vurğulanıb ki, TÜRKPA çərçivəsində fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır, ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsi üçün böyük imkanlar yaradır.
Səfir Alim Bayel də ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirərək, Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb.
Məhkəmədə Ermənistan ordusunun...
Məhkəmə: Qubadlının Zilanlı kəndinin və...
Çinin ölkəmizdə yeni təyin edilmiş...
Azərbaycan-Macarıstan parlamentlərarası...
Baş nazir Əli Əsədov Çinin...