Fərid Qayıbov: Minifutbol millimizin əldə edəcəyi uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq
Azərbaycanda minifutbol ildən-ilə inkişaf edir. Avropa çempionluğundan sonra bu idman növü ölkəmizdə daha da məşhurlaşdı.
Fhnews.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakının ev sahibliyi edəcəyi dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "Fan Zona"da jurnalistlərə açıqlamasında deyib.
O, milli komandanın doğma azarkeşlər önündə çıxış etməsinin məsuliyyətli iş olduğunu bildirib: "İnanıram ki, uğurlu nəticə əldə edəcəyik. Fürsətdən istifadə edib, azarkeşlərimizi də mundialın təşkil olunacağı Milli Gimnastika Arenasına dəvət edirəm. Əldə edəcəyimiz uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq".
Nazir dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "fan zona" barədə də danışıb: "Bura gələn insanlar idmanla daha dərindən maraqlanmaq şansı əldə edirlər. Asudə vaxtın səmərəli keçməsi üçün hər şey ideal səviyyədə təşkil olunub".
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.
Dünya çempionatı ilə əlaqədar...
Fərid Qayıbov: Minifutbol millimizin...
Azərbaycan Minifutbol Federasiyasının...
Bakıda “Heydər Əliyev Kuboku-2025”...
Stolüstü tennis üzrə komanda...