Naxçıvanda mina hadisəsi baş verib, araşdırma aparılır
Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.
Fhnews.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.
Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.
Yel çərşənbəsi ilə əlaqədar yanğın...
Bakının bir sıra yollarında tıxac...
Arkadi Qukasyan məhkəmədə etiraf edib...
Bako Sahakyan: Qarabağda silahlanma...
Zığ dairəsi-Hava Limanı yolunda bəzi...