26 dekabr 2024, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

AQTİ-nin mütəxəssisləri Estoniyada və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıblar

29-11-2024
IMG

Estoniya Respublikasının dondurulmuş balıq və balıq hissələri istehsal olunan "Geirom OÜ" və Latviya Respublikasının yem əlavələri istehsal edilən "Farma Pet Gigi" LTD müəssisələrində yerində qiymətləndirmə fəaliyyəti həyata keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qiymətləndirmə zamanı həmin müəssisələrin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar nəzərdən keçirilib, təhlil aparılıb. Qida təhlükəsizliyi baxımından müvafiq tələblərə əməl olunduğu üçün həmin müəssisələrin fəaliyyəti məqbul hesab edilib və nəticələr baxılmaq üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim olunub.

AQTA tərəfindən nəticələr təhlil edildikdən sonra həmin müəssisələr təsdiqlənib və “Xarici ölkələrdən Azərbaycan Respublikasına ixrac həyata keçirən qida obyektlərinin təsdiqi reyestri”nə daxil edilib.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin təsdiq edilməsi yerində və ya onlayn qiymətləndirilmə formatında həyata keçirilir. Müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq olunmamış xarici qida müəssisələrindən ölkəmizə məhsulların gətirilməsi qadağandır.

Paylaş: