Burulğandan xilas olan dünyanın ən böyük aysberqi bir ay ərzində parçalana bilər
Alimlər yanvar ayında düşdüyü burulğandan qopan və Antarktidanın şimalına doğru hərəkət edən dünyanın ən böyük aysberqinin bir ay ərzində parçalanacağını təxmin edirlər.
Xatırladaq ki, dünyanın ən böyük aysberqi kimi tanınan A23a 1986-cı ilin avqustunda Antarktidadakı Filchner-Ronne Buz Şelfindən qopub. Bu parçalanmadan sonra təxminən 34 il sabit qalan aysberq 2020-ci ildə okean axınları ilə aktivləşərək Ueddell dənizinin qərb hissəsinə doğru hərəkət etməyə başlayıb.
Tutulduğu burulğandan xilas olan A23a Antarktidanın şimalına doğru sürüklənib.Britaniya Antarktika Tədqiqat İnstitutunun Qütb Okeanları Bölməsinin alimi Andrev Meijers A23a buzlağının yeni səyahətinin təfərrüatlarını açıqlayıb.
A23a-nın burulğandan çıxmasına təsir edən hər hansı xarici faktoru müşahidə etmədiklərini və bu halda bölgədəki güclü cərəyan və küləklərin təsirli ola biləcəyini ifadə edən Meijers aysberqin indi açıq şəkildə Antarktika Dairəvi qütb cərəyanı içərisində olduğunu və öz fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Buzlağın tam əriməsinin onun yerindən asılı olduğunu bildirən Meijers Antarktika Dairəvi Qütb cərəyanının çox güclü cərəyanlara sahib olduğuna və bunun okean temperaturlarına təsir etdiyinə və şimala doğru hərəkət etdikcə temperaturun artdığına diqqət çəkib.
Peykdən izlədikləri A23a-nın təxminən iki həftə əvvələ nisbətən daha isti sulara girdiyini ifadə edən Meijers deyib ki, Cənub yarımkürəsinin yay fəslinə girməsi ilə okean səthi sularının istiləşməsi aysberqin ərimə sürətini əhəmiyyətli dərəcədə artıracaq. Aysberqlərin daha da irəli gedə biləcəyi hələ məlum deyil, lakin onlar sürətli bir okean axınına tutulsalar, sahilə yaxınlaşa bilərlər.
A23a-nın yerləşdiyi bölgənin ekosisteminə müxtəlif töhfələr verə biləcəyinə diqqət çəkən Meijers aysberqin çox dərin olduğu üçün okeanın dərinliklərindən dəmir, sink və mikroelementlərlə zəngin suyu səthə çıxardığını və bunun da öz növbəsində fırtınaları təşviq edə biləcəyini izah edib.
Digər tərəfdən, Meijers aysberqin Cənubi Corciya yaxınlığında çökməsi halında bunun bölgədəki ekosistemə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edərək, "A23a bölgədəki pinqvin və suiti koloniyalarının həyatını çətinləşdirmə potensialına malikdir.
Bölgəyə çatan əvvəlki aysberqlərin çoxlu sayda dəniz canlısının ölümünə səbəb olduğu barədə məlumatı paylaşan Meijers bölgədə qırılan aysberq parçalarının sayının artmasının hərəkət sahəsini məhdudlaşdıracağını və kommersiya balıqçılıq fəaliyyətini çətinləşdirəcəyini bildirib.
Aysberqlərin əmələ gəlməsi proseslərinin tamamilə təbii olduğunu bildirən Meijers son illərdə Antarktidada buzlaqların qırılmalarında əhəmiyyətli bir artım olduğunu da deyib.
“Şərqin Venesiyası”: ənənə ilə...
İspartada 3,9 bal gücündə zəlzələ olub...
3300 illik Misir mumiyasında Qara Ölüm...
Misirin Süveyş kanalının gəlirləri...
Batumidən Moskvaya uçan təyyarə reysləri...