Misirin Süveyş kanalının gəlirləri Qırmızı dənizdəki gərginliyə görə bu il 7 milyard dollar azalıb
Misir Rəyasət Heyətindən verilən yazılı açıqlamada, prezident Əbdülfəttah əs-Sisinin Süveyş Kanalı Administrasiyasının prezidenti Usamə Rabi ilə görüşdüyü bildirilib.
Açıqlamada görüş zamanı bu il regional hadisələrin Süveyş kanalına necə təsir etdiyinin müzakirə edildiyi bildirilib qeyd edilib ki, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında baş verənlər Süveyş kanalına və dünya ticarətinə mənfi təsir göstərib. 2024-cü ildə Süveyş kanalının gəlirləri təxminən 7 milyard dollar azalıb.
Süveyş Kanalı Administrasiyasının sədri Rabi əvvəlki açıqlamalarında 2022/2023 maliyyə ilində Süveyş kanalından 1,5 milyard ton yük daşıyan 25 min 911 gəminin keçdiyini və 9,4 milyard dollar gəlir əldə edildiyini bildirmişdi.
Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri ticarət gəmilərini ələ keçirir və bəzilərinə hücumlar təşkil edir.
Husilərin bu hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqlayıb.
ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını bildiriblər.
Muğlada 3,9 bal gücündə zəlzələ baş...
Miqren müalicəsində yeni təsirli dərman...
Son bir ildə Britaniyada 360 mindən çox...
“Şərqin Venesiyası”: ənənə ilə...
İspartada 3,9 bal gücündə zəlzələ olub...