26 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb YENİLƏNİB

25-12-2024
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün aşağıdakı tərkibdə dövlət komissiyası yaradılıb.

Sədr – Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri

Üzvlər:

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Arif Məmmədov - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

Paylaş: