25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

24-12-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Müstəqil Azərbaycan Respublikası ötən illər ərzində özünün nüfuzlu, tolerant, multikultural və çoxkonfessiyalı dövlət statusunu sübut edib. Bir tərəfdən, ənənələrin və tarixi irsin vəhdəti, digər tərəfdən, müasir dünya dəyərlərinə açıq olmaq Azərbaycana təkcə düşünülmüş siyasət yürütməyə deyil, həm də xarici əlaqələrini möhkəmləndirməyə imkan verir. Bu gün Azərbaycan dünyada mövqelərini sürətlə gücləndirir və ən yüksək səviyyədə beynəlxalq əməkdaşlıq platformasına çevrilir. Şübhəsiz ki, bütün bu uğurlarda Sizin böyük şəxsi töhfəniz var.

2019-cu ildə Azərbaycana səfərimiz zamanı Sizinlə görüşümüzü, göstərdiyiniz qonaqpərvərliyi böyük məmnuniyyətlə xatırlayırıq. Həmin vaxt Siz ölkələrimiz arasında tam diplomatik münasibətlərin qurulacağını bildirmişdiniz və bir müddət sonra Təl-Əvivdə Azərbaycan səfirliyi açıldı, əlaqələrin inkişafı prosesində mühüm prinsipial addım atıldı.

Cənab Prezident, icazə verin, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edim. Sizə əmin-amanlıq və xoşbəxt həyat arzulayıram.

Hörmətlə,

Mixail Mirilaşvili

Avrasiya Yəhudi Konqresinin prezidenti

Paylaş: