Cənubi Koreya "super yaşlılar cəmiyyəti" kateqoriyasına daxil olub
Cənubi Koreya Daxili İşlər Nazirliyi ölkədə əhalinin 20 faizinin 65 və yuxarı yaşda olan insanlardan ibarət olduğunu bildirərək, Cənubi Koreyanın “super yaşlılar cəmiyyəti” kateqoriyasına aid olduğunu açıqlayıb.
“Yonhap”ın xəbərinə görə, Cənubi Koreya Daxili İşlər Nazirliyinin bəyanatına əsaslanaraq, ölkədə 65 və yuxarı yaşda olanların sayı 10,24 milyon nəfərə çatıb.
51,22 milyonluq əhalinin 20 faizini yaşlılar təşkil etdiyi üçün Cənubi Koreya “super yaşlılar cəmiyyəti” kateqoriyasına daxil olub.
2008-ci ildə 4,94 milyon nəfər olan ölkədə yaşlı əhalinin sayı 2019-cu ildə ölkə əhalisinin 15 faizini ötüb.
Bu ilin əvvəlinə olan məlumata görə, əhalinin 19,05 faizini ahıllar təşkil edib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı yaşı 65 yaş və üstü olan insanların sayının 7 faizdən çox olduğu ölkələri “qocalıq cəmiyyəti”, 65 yaşdan yuxarı insanların sayının 14 faizini keçdiyi ölkələri “qocalar cəmiyyəti” və yaşlıları 20 faizdən yuxarı olan ölkələri "super yaşlılar cəmiyyəti" kimi təsnif edib.
Səlcuqlu sultanlarının DNT analizi ilə...
ABŞ-nın simvollarından biri olan "keçəl...
Trampın ölüm cəzaları ilə bağlı...
NASA-dan rekord qıran yaxınlaşma...
Vladiqafqazda ticarət mərkəzində...