25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması müzakirə olunub

23-12-2024
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb.

AMB-dan bildirilib ki, sədr müavini görüşdə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və banklar tərəfindən əhaliyə göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə banklar tərəfindən sözügedən sahədə görülən işlər, həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: