Qazaxıstan FHN xilasetmə əməliyyatları ilə bağlı açıqlama yayıb
Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktauda qəza enişi etməsindən sonra hadisə yerində xilasetmə əməliyyatları davam edir.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə 52 nəfərlik xilasetmə personalı və 11 xüsusi texnika cəlb olunub.
Hadisə yerinə çatan xilasetmə qrupları təyyarənin yanmasını müşahidə ediblər və dərhal yanğınsöndürmə əməliyyatlarına başlayıblar.
İlkin məlumata əsasən, hadisədə sağ qalanlar var. Hazırda zərərçəkənlərin sayı və vəziyyəti dəqiqləşdirilir.
FHN-nin Komanda Mərkəzində respublika əməliyyat qərargahı yaradılıb.
AZAL təyyarənin qəza enişi etməsi ilə...
Aktauda təyyarə qəzası yerində yanğın...
Qazaxıstan FHN xilasetmə əməliyyatları...
Bakı-Qroznı reysini yerinə yetirən...
Azərbaycanda elektron satınalmaların...