26 dekabr 2024, cümə axşamı Bakı, 7°C
IMG-LOGO

Səlcuqlu sultanlarının DNT analizi ilə hazırlanmış əsərlərini  163 min ziyarətçi izləyib

25-12-2024
IMG

1077-1308-ci illərdə Konyada Anadoluya hökmranlıq edən Türk Səlcuqlu Dövləti sülaləsinin DNT və anatomiya analizi ilə hazırlanmış silikon heykəlləri ziyarətçilərə sultanların görünüşü haqqında təsəvvür yaradır. Konya Böyükşəhər Bələdiyyəsinin Dar-ül Mülk Sərgi Mərkəzində sərgilənən Anadolu Səlcuqlu Dövləti xanədanı mənsublarının silikon heykəlləri ziyarətçilərə sultanların görünüşü ilə bağlı tarixi səyahət imkanı təqdim edir. 6 illik elmi araşdırmalarda DNT və anatomiya analizi ilə Səlcuqlu sultanlarının üz və bədən görünüşləri üzə çıxarılıb. Sərgidə 12-si sultan olmaqla 17 sülalə mənsubunun heykəlləri tac qapıları önündə ziyarətçiləri qarşılayır.

 Layihə çərçivəsində Necmettin Erbakan Universiteti Tibb Fakültəsində aparılan tomoqrafiya və DNT analizlərindən əldə edilən məlumatlara uyğun olaraq sultanların üzləri 3D texnologiyası ilə yenidən yaradılıb. Bundan əlavə, geyimlər dövrün parçalarına uyğun dizayn edilmiş və tarixi məlumatlar işığında xüsusi olaraq tikilmişdir. Bu elmi araşdırmanın türk tarixinə işıq salan mühüm addım olduğu vurğulanıb.

Paylaş: