25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

“Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsi başlayıb

23-12-2024
IMG

Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu il düşərgə şəhid övladlarının və Moldovada yaşayan soydaşlarımızın uşaqlarının iştirakı ilə keçirilir.

Çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev layihənin əhəmiyyəti barədə məlumat verib.

Digər çıxışçılar - Layihənin ideya müəllifi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova və başqaları dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın övladlarını birləşdirən bu düşərgənin artıq 5-ci dəfə keçirilməsindən böyük sevinc və qürur hissi duyduqlarını bildirərək, iştirakçılara uğurlar arzulayıblar, layihənin gələcəkdə də dünya azərbaycanlılarının həmrəyliyinə töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Qeyd edək ki, dekabrın 20-27-i baş tutan düşərgəyə 12-15 yaş arasında ümumilikdə 20 məktəbli qatılıb. Düşərgə ərzində iştirakçılara müxtəlif istiqamətli peşəkar təlimlər keçiriləcək, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarına ekskursiyalar təşkil olunacaq.

Paylaş: