Komitə sədri: Azərbaycan sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır
Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli tarixi ənənələrə və ümumbəşəri dəyərlərə istinad edir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin mərkəzində dini, etnik mənsubiyyət deyil, insan amili dayanır.
Fhnews.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 23-də Bakıda keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, dövlətimizi güclü edən əsas amillərdən biri, heç şübhəsiz, multikultural ənənələrimizlə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumağımızdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub. Cəmiyyətimizin əsasını təşkil edən bu sütunun sarsılmazlığını daimi etmək bizim əlimizdədir, düzgün seçimlərimizdən, fəaliyyətimizdən, davranışlarımızdan asılıdır.
Baş Prokurorluq: AZAL-ın təyyarəsinin...
Elşən Süleymanov küçəsində yerləşən...
Medianın İnkişafı Agentliyi...
Bakı-Qroznı reysini yerinə yetirən...
Sərnişin təyyarəsinin qəzaya uğraması...