İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, AMADA tərəfindən tərcümə edilən siyahı 2025-ci il yanvarın 1-dən etibarlı olacaq.
Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi, izahlı qeydlər və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı ilə bu linkə keçid etməklə tanış olmaq olar.
Azərbaycan üzgüçüləri Estoniyada 22...
Azərbaycan təmsilçisi kəmər güləşi üzrə...
Taekvondo üzrə ölkə birinciliyi və...
İdmanda 2025-ci il üçün qadağan edilmiş...
Azərbaycanda idmanın inkişafındakı...