Mütəxəssis: Xəstələnmənin səbəbi soyuq deyil, infeksiyalardır
Hava şəraiti insan sağlamlığına və bədən funksiyalarına birbaşa təsir göstərir. Mövsümə uyğun qidalanma sağlam həyat tərzini qorumaq üçün vacib amillərdən biridir.
Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib.
Onun dediyinə görə, soyuq havalarda bədən istiliyini saxlamaq üçün daha çox enerji sərf edir: “Buna görə də zülallar, yağlar və kompleks karbohidratlarla zəngin qidalara ehtiyac artır. Həmin balansı qoruya bilməmək enerji çatışmazlığına, immun sisteminin zəifləməsinə və həzm problemlərinə səbəb ola bilər”.
Mütəxəssis-ekspert bildirib ki, günəşli günlərin sayı azaldığından immun sisteminin zəifləməməsi üçün D vitamini balansının bərpası çox vacibdir: “Balıq, yağlı quş əti, yumurta, süd məhsulları D vitamini, Calsium və Omeqa mənbəyidir. Soyuq mövsümdə C vitamini ilə zəngin meyvələrin qəbulu da vacibdir. C vitamini selikli qişaların qoruyucu baryerini qüvvətləndirir və tənəffüs yolları infeksiyasından müdafiəni artırır”.
“Soyuq havalarda insanlar ona görə tez-tez xəstələnirlər ki, açıq havada az olur və qapalı məkanlarda vaxt keçirməyə üstünlük verirlər, bu da tənəffüs yolu xəstəlikləri üçün uyğun şərait yaradır. İnsanlar soyuqdan xəstələnmir, bütün səbəb infeksiyalardır. Soyuq və təmiz havada çox qalmaq immun sisteminin daha da davamlı olmasına, yaxşı çalışmasına kömək edir”, - deyə qastroenteroloq əlavə edib.
Mütəxəssis: Xəstələnmənin səbəbi soyuq...
İmmun sistemi yaşlanmış hüceyrələri...
Qırmızı dənizin rəngarəng sualtı dünyası...
ABŞ-nın Nyu-York şəhərində mastodon...
Məməlilərin ən qədim əcdadı tapılıb...