NASA-dan rekord qıran yaxınlaşma
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “Parker” Günəş zondu Günəşə 6,2 milyon kilometr yaxınlaşaraq bəşər tarixində ən yaxın keçidi gerçəkləşdirib.
“Parker” 2018-ci ildə Günəşin atmosferi və ya tacı haqqında daha çox öyrənmək üçün buraxılıb və buna nail olmaq üçün ilk dəfə 2021-ci ildə Günəş atmosferindən keçib.
“Parker Solar Probe” 2023-cü ilin oktyabrında və bu ilin martında uçuşlar zamanı Günəşdən təxminən 7,2 milyon kilometr məsafəyə çataraq tarixdə Günəşə ən yaxın kosmik gəmi olub.
Bundan əlavə, o, daha əvvəl saatda təxminən 635 min km sürətə çataraq ən sürətli süni obyektin rekordunu qırmışdı.
“Parker” kosmosda saatda 430 min kilometr sürətlə hərəkət edir. Bu sürət London və Nyu-York arasındakı məsafəni 30 saniyədən az vaxta qət etməyə bərabərdir.
Zond Günəşin nəhəng cazibə qüvvəsi sayəsində bu qeyri-adi sürətə çatır. 27 dekabrda “Parker”in saatda 690 min km sürətə çatması gözlənilir. Bu, öz rekordunu qırmaq deməkdir.
Amma bu vaxta qədər zond 1400 dərəcədən yuxarı temperaturlara tab gətirməli olacaq. Ona bu çətinliyin öhdəsindən gəlməyə imkan verən, zondun günəş tərəfini qoruyan, demək olar ki, sarsılmaz istilik qalxanıdır.
Bundan əlavə “Parker” gələn il 22 mart və 19 iyun tarixlərində daha iki yaxın keçid edəcək.Sonra zondun itələyiciləri yanacağını tükəndirəcək və onun komponentlərinin əksəriyyəti Günəş tərəfindən parçalanacaq. Bununla belə, istilik sipərinin min illərlə Günəş ətrafında orbitdə qala biləcəyi bildirilir.
2024-cü ildə dünyada çoxsayda sərnişin...
Təyyarə qəzası ilə bağlı Qazaxıstanda...
Münxendə qocalar evində baş verən yanğın...
Səlcuqlu sultanlarının DNT analizi ilə...
ABŞ-nın simvollarından biri olan "keçəl...