Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin Azərbaycan Respublikasının Prezidenti kimi çoxşaxəli fəaliyyətiniz dövrümüzün ən böyük dövlət, siyasi və beynəlxalq xadimi kimi yüksək istedadınızı üzə çıxarıb. Əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasi, iqtisadi, sosial və mədəni inkişaf strategiyasının ardıcıl və dəqiq şəkildə həyata keçirilməsi Sizə ölkədə və onun hüdudlarından çox-çox kənarda böyük hörmət, etimad və layiqli nüfuz qazandırıb.
Yüksək peşəkarlıq, zəngin həyat təcrübəsi, ən çətin vəziyyətlərdə siyasi kompromislər tapmaq bacarığı, çoxmillətli Azərbaycan vətəndaşlarının mənafeyinə uyğun sosial siyasətin uğurla həyata keçirilməsi Sizin beynəlxalq aləmdə hörmətinizi, nüfuzunuzu daha da artırıb.
Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə qarşıda duran vəzifələrin həyata keçirilməsində yeni-yeni uğurlar, firavanlıq, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Dərin hörmətlə,
Ruslan Auşev
Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti,
Sovet İttifaqı Qəhrəmanı
Rusiya Federasiyası Müsəlmanları Ruhani...
Avropa Sambo Federasiyasının prezidenti...
Qazaxıstanın Xalq yazıçısı, görkəmli...
Türkiyə Böyük Millət Məclisinin...
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin...