26 dekabr 2024, cümə axşamı Bakı, 7°C
IMG-LOGO

Azərbaycanla Rusiya arasında bitkiçilik məhsullarının idxal-ixracı ilə bağlı məsələlər müzakirə edilib

25-12-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə iki ölkə arasında bitkiçilik məhsullarının, o cümlədən kartofun idxal-ixracı ilə bağlı məsələlər müzakirə edilib.

Rusiyadan ölkəmizə kartof idxalı zamanı fitosanitar sertifikatların saxtalaşdırılması hallarının aşkarlandığı və həmin hallara qarşı qanunvericiliyin tələblərinə uyğun mübarizə tədbirlərinin görüldüyü vurğulanıb. Eyni zamanda, ölkəmizə gətirilən kartofun tələblərə tam cavab verməsinin təmin edilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş: