Gələn il Misirdə 1 milyondan çox avtomobil CNG ilə işləyəcək
Misirdə avtomobillərin benzindən sıxılmış qaza keçirilməsi üçün yeni təşəbbüs həyata keçiriləcək.
Fhnews.az Misirin Dövlət İnformasiya Xidmətinə istinadla xəbər verir ki, bu, Baş nazir Mustafa Mədbulinin iştirakı ilə keçirilən geniş iclasda bildirilib. M.Mədbuli bu təşəbbüsün karbon emissiyalarının azalmasına və insanların xərclərinə qənaət etməsinə töhfə verəcəyini qeyd edib.
İclasda diqqətə çatdırılıb ki, təşəbbüs çərçivəsində 1,5 milyon avtomobilin sıxılmış qazla (CNG) işləməyə uyğunlaşdırılması planlaşdırılır. Bu işdə əhaliyə müəyyən stimullaşdırıcı təkliflər verilir.
Qeyd olunub ki, dizellə işləyən avtomobillərin CNG-yə keçirilməsi hazırda istifadə olunan dizelin 50 faizinə qənaət etməyə səbəb olacaq.
Diqqətə çatdırılıb ki, bu keçid atmosferdə karbon dioksid qazının miqdarının ildə 1,5 milyon ton azaldılmasına gətirib çıxaracaq.
Misirdə avtomobillərin qazla işləməsinə keçidi təmin etmək üçün qaz yanacaqdoldurma məntəqələri tikilib. 2021-ci ildə isə burada Yaxın Şərq regionunun ilk sıxılmış təbii qaz səyyar stansiyası istifadəyə verilib.
2024-cü ildə dünyada çoxsayda sərnişin...
Təyyarə qəzası ilə bağlı Qazaxıstanda...
Münxendə qocalar evində baş verən yanğın...
Səlcuqlu sultanlarının DNT analizi ilə...
ABŞ-nın simvollarından biri olan "keçəl...