Prezidentin Mətbuat Xidmətinin məlumatı
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Patriarx Kirill dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanaraq, humanitar sahədə əməkdaşlığımızın bu işə töhfə verdiyi qeyd olunub, Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.
Telefon söhbəti zamanı ölkələrimizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılması ilə bağlı həyata keçirilən işlər məmnunluqla qeyd edilib.
Prezidentin Mətbuat Xidmətinin məlumatı...
Azərbaycan Prezidenti Aktau yaxınlığında...
Prezidentin Mətbuat Xidmətinin məlumatı...
Prezidentin Mətbuat Xidmətinin məlumatı...
Birinci vitse-prezident Mehriban Əliyeva...