25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Parker zondu Günəşə maksimum məsafədə yaxınlaşacaq

24-12-2024
IMG

ABŞ Aerokosmik Agentliyi NASA-nın buraxdığı zond bu gün Günəşə maksimum məsafədə yaxınlaşacaq.

Fhnews.az xəbər verir ki, 2018-ci ildə buraxılmış cihazın missiyası bu səma cisminin atmosferinin daha dərindən öyrənilməsidir. Dekabrın 24-də saat 15.53-də zond Günəşə 6,2 milyon kilometr məsafədə olacaq. Bu, astronomiya tarixində bir avadanlığın Yerə ən yaxın ulduza maksimum yaxınlaşmasıdır.

Günəşə yaxınlaşan zaman zondun sürəti 690 000 kilometr saat olacaq. Bu sürətlə hərəkət edən cihaz Yerdə 2 ən uzaq nöqtə arasında məsafəni 1 dəqiqədən tez qət edə bilər.

Parkerin istilikdən mühafizə sistemi 930 dərəcə Selsiyə davam gətirir. Xarici səthdə yüksək temperatura rəğmən içəridəki cihazlar sabit 29 dərəcə Selsi temperaturda işləyəcək.

Alimlər bu yaxınlaşma ilə Günəşin səthindəki temperatur paylanmasındakı qeyri-bərabərliklərin səbəblərini öyrənmək istəyirlər.

Paylaş: