Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, hər zaman yüksək əhvali-ruhiyyə, xalqınızın davamlı sevgi və dəstəyini arzu edirik.
Bu il Sizin uzaqgörən liderliyinizin və Azərbaycanın tərəqqisi naminə mühüm fədakarlığınızın daha bir sübutunun şahidi olduq. Azərbaycanın COP29 Sədrliyi ölkənin iqlim dəyişmələri, qlobal əməkdaşlıq kimi məsələlərdə liderlik bacarığını, beynəlxalq dialoq və fəaliyyətdə rolunu bir daha nümayiş etdirdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə təşəkkürümüzü bildiririk. Bizə və missiyamıza olan inamınızın nəticəsidir ki, Mərkəz 2024-cü ildə də böyük nailiyyətlər əldə etdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin getdikcə genişlənən yüksəksəviyyəli beynəlxalq fəaliyyəti Azərbaycanın mühüm ölkə kimi nüfuzunu artırmaqda davam edir, ona yeni dost və tərəfdaşlar qazandırır.
Zati-aliləri, doğum gününüz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirik, Azərbaycan naminə həyata keçirdiyiniz uzaqgörən siyasətinizdə Sizə yeni-yeni uğurlar diləyirik. Əminik ki, Sizin rəhbərliyinizlə xalqınız qarşıdakı illərdə daha böyük nailiyyətlər qazanacaqdır. Sizinlə 2025-ci il martın 13-15-də keçirilməsi nəzərdə tutulan XII Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə gözləyirik.
Ən yüksək ehtiramımızla,
Rusiya Federasiyası Müsəlmanları Ruhani...
Avropa Sambo Federasiyasının prezidenti...
Qazaxıstanın Xalq yazıçısı, görkəmli...
Türkiyə Böyük Millət Məclisinin...
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin...