TƏBİB-in icraçı direktoru: Bu il 80 təcili tibbi yardım maşını alınıb
2024-cü ildə 80 təcili tibbi yardım maşını alınıb.
Fhnews.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.
V.Qurbanov qeyd edib ki, təcili tibbi yardım avtomobilləri yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunub.
O, həmçinin bir sıra tibb müəssisələrində əsaslı təmir işlərinin aparılması məsələsinə də toxunub: “Tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülə bilən tikililərin, kənd yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və quraşdırılması TƏBİB tərəfindən icra olunur”.
O bildirib ki, Klinik Tibbi Mərkəzin 2 əsas korpusunun əsaslı təmir layihələndirilməsi üzrə tender prosesinə, Respublika Klinik Xəstəxanasının isə tam əsaslı təmir işlərinə başlanılıb, Nərimanov Tibb Mərkəzi yenidən qurulur.
Elşən Süleymanov küçəsində yerləşən...
Medianın İnkişafı Agentliyi...
Bakı-Qroznı reysini yerinə yetirən...
Sərnişin təyyarəsinin qəzaya uğraması...
Təyyarə qəzası ilə əlaqədar Azərbaycan...