Trampın ölüm cəzaları ilə bağlı açıqlaması
ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp prezident Co Baydenin ömürlük həbs cəzasına məhkum edilmiş 37 məhbusun cəzasının dəyişdirilməsi qərarını tənqid edib və edam cəzasını qətiyyətlə icra etməyə davam edəcəyini bildirib. Tramp Baydenin ölüm hökmündə olan bəzi məhbusların cəzalarını yüngülləşdirmək qərarına reaksiya verib.
“Truth Social” sosial şəbəkəsində verdiyi açıqlamada Tramp Baydenin ölüm hökmündə olan 37 məhbusun cəzasını ömürlük həbslə əvəzləməsinin qəbuledilməz olduğunu bildirib və bunun qurbanların ailələrinə hörmətsizlik olduğunu müdafiə edib.
Tramp "Co Bayden ölkəmizin 37 ən pis qatilinin edam cəzasını yüngülləşdirdi. Onların hər birinin törətdiyi cinayətləri eşidəndə onun bu qərarı necə verdiyinə inanmayacaqsınız. Bu, mənasız bir qərardır. Qurbanların yaxınları və dostlar bunun baş verdiyinə inana bilmirlər."- deyib.
Trump federal ölüm cəzası tətbiqlərini qətiyyətlə davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, ötən gün verdiyi açıqlama ilə ABŞ prezidenti Bayden edam hökmündə olan 40 federal məhbusdan 37-nin cəzalarını şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbslə əvəz edib.
Federal məhbuslar üçün ölüm hökmlərinin əleyhinə olduğunu bəyan edən Bayden bu cəzaları müvəqqəti dayandırmaq üçün 2021-ci ildə moratorium elan edib.
Xatırladaq ki, Donald Tramp seçki kampaniyası zamanı bildirmişdir ki, narkotik və insan alverçiləri ölüm cəzası almalıdırlar.
2024-cü ildə dünyada çoxsayda sərnişin...
Təyyarə qəzası ilə bağlı Qazaxıstanda...
Münxendə qocalar evində baş verən yanğın...
Səlcuqlu sultanlarının DNT analizi ilə...
ABŞ-nın simvollarından biri olan "keçəl...