Qırmızı dənizin rəngarəng sualtı dünyası
Hind Okeanında Ərəbistan yarımadası ilə Afrika qitəsi arasındakı tektonik çökəklikdə yerləşən Qırmızı dəniz özünəməxsus həyat müxtəlifliyi və strateji əhəmiyyəti ilə həm elm dünyasına, həm də dalğıclara onun təmiz sularında dalmaq imkanı təqdim edir.
Qırmızı dəniz isti və duzlu dənizlərdən biridir. Dəniz qərbdən Misir (Sinay yarımadası), cənub-qərbdən Sudan və Eritreya, şərqdən isə Səudiyyə Ərəbistanı və Yəmən ilə həmsərhəddir.
25 milyon ildən əvvəl yerin altında baş verən silkələnmə nəticəsində Afrika qitəsi və Ərəbistan yarımadası arasında çat əmələ gəlib. Getdikcə böyüyən və genişlənən çatın yerində zaman keçdikcə yarğan yaranıb.
O vaxtdan minilliklər ötüb. Yarğan dəniz suyu ilə dolaraq dünyada ən duzlu suya malik dənizə çevrilib. Bu dənizi Qırmızı dəniz adlandırsalar da, onun suyu şəffaf və mavidir.
Sualtı zənginliyi baxımından dünyanın ən əhəmiyyətli yerlərindən biri olan Qırmızı dəniz bir çox canlı növünə də ev sahibliyi edir.
Mütəxəssis: Xəstələnmənin səbəbi soyuq...
İmmun sistemi yaşlanmış hüceyrələri...
Qırmızı dənizin rəngarəng sualtı dünyası...
ABŞ-nın Nyu-York şəhərində mastodon...
Məməlilərin ən qədim əcdadı tapılıb...