BDU-da Türkiyə, Qazaxıstan və Bolqarıstan nümayəndə heyətləri ilə görüş olub
Bakı Dövlət Universitetində (BDU) Türkiyə, Qazaxıstan və Bolqarıstan nümayəndə heyətləri ilə görüş keçirilib.
BDU-dan bildirilib ki, görüşdə BDU-nun rektoru Elçin Babayev əməkdaşlığın inkişaf etdirilməsinin, beynəlxalq elm və təhsil təşkilatları ilə əlaqələrin genişləndirilməsinin BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu bildirib. Rektor BDU-nun ICESCO ilə əlaqələrə xüsusi önəm verdiyini, ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığı uğurla davam etdirdiyini deyib.
Görüşdə universitetlər arasında birgə elmi tədqiqat işlərinin aparılması, ortaq qrant layihələrinin hazırlanması, adları qeyd olunan universitetlərin akademik heyətinin BDU-da magistratura pilləsində dərslərin aparılmasına cəlb olunması, biotibbi materiallar, kimya və biologiya sahələri üzrə magistr pilləsi üçün ikili diplom proqramlarının yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycanla Rusiya arasında bitkiçilik...
BANM ilə Atırau Neft və Qaz Universiteti...
Magistraturaya sınaq imtahanı üçün...
DİM: Magistraturaya qəbul imtahanının I...
SABAH qrupları yaz semestri üçün...