Təyyarə qəzası ilə əlaqədar Azərbaycan və Qazaxıstan ombudsmanları tərəfindən işçi qrup yaradılıb
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artur Lastayev ilə əlaqə saxlayıb, “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib.
Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, birbaşa fasiləsiz təmasın yaradılması məqsədilə Qazaxıstan və Azərbaycan Ombudsman təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılmaqla, zəruri məlumatların bölüşülməsi təmin olunub. Hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyi və...
Qazaxıstan Baş nazirinin müavini təyyarə...
Aktau yaxınlığında qəzaya uğramış...
Baş Prokurorluq: Yaralıların yaxın...
Təyyarə qəzasında yaralananlar üçün...