26 dekabr 2024, cümə axşamı Bakı, 7°C
IMG-LOGO

Sudanda vəba epidemiyası qurbanlarının sayı 1 258 nəfərə çatıb

25-12-2024
IMG

Sudan Səhiyyə Nazirliyi ölkədə vəbaya yoluxanların ümumi sayının 48 min 598 nəfərə çatdığını bildirib.

Bu barədə Fhnews.az xarici mətbuata istinadən xəbər verir.

Məlumatda vəba epidemiyasından həyatını itirənlərin sayının 1 258 nəfərə çatdığı qeyd olunur.

Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin daha sürətlə yayılmasına səbəb olub. Ölkə hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi daha əvvəl 3,4 milyon sudanlı uşağın vəbaya yoluxma riski altında olduğunu bildirib.

BMT-nin Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Paylaş: