26 dekabr 2024, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

25-12-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Əziz Qardaşım,

Bu gün səhər Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığını, qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu

böyük kədər hissi ilə öyrəndim.

Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir diləyirəm. Uca Allahdan həyatını itirənlərə

rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha bildirirəm.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

Paylaş: