Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda yerinə yetirilən “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili” adlı elmi-tədqiqat işinin müzakirəsi keçirilib.
İnstitutdan bildirilib ki, müzakirədə icraçılar elmi-tədqiqat işinin gedişatı haqqında geniş məlumat veriblər. Məsafədən zondlama məlumatları əsasında müəyyən edilmiş təhlükəli ərazilərdə yerüstü radiometrik ölçmələrin nəticələrinə, tərtib edilmiş xəritələrə və ərazilərdən götürülmüş nümunələrin laborator şəraitdə radionuklid tərkibinin müəyyən edilməsi diqqət mərkəzində olub. Yeni yanaşmalar və işin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Yekunda işin tədqiqat planına uyğun olaraq davam etdirilməsi qərara alınıb.
AMEA əməkdaşlarının beynəlxalq elmi...
UNEC dekabrda 20-yə yaxın xarici...
AzMİU və Yıldız Texniki Universiteti...
AMEA: Humanitaryönümlü müəssisələr...
Geoloqlar işğaldan azad olunmuş...