3300 illik Misir mumiyasında Qara Ölüm DNT-si tapılıb
Təxminən 3290 il əvvələ aid edilən bu mumiyalanmış qalıqlar dəhşətli ölümü zamanı ağır simptomlar yaşayan bir insana aiddir.
Xalq arasında Qara Ölüm kimi tanınan bubon taunu, son dərəcə təhlükəli bakteriya olan Yersinia pestis tərəfindən törədilir. Bu xəstəlik 14-cü əsrdə Avropanı dağıdıb milyonlarla insanın ölümünə səbəb olanda pik həddinə çatdı. Ancaq son illərdə aparılan müxtəlif araşdırmalar bu bakteriyanın DNT-ni tarixdən əvvəlki insan qalıqlarında aşkar edərək, bu ölümcül xəstəliyin məşhur pandemiyadan minlərlə il əvvəl dövriyyədə olduğunu ortaya qoydu.
Bu günə qədər bu qədim halların hamısı Avropa və Asiyadan gəlib. Məsələn, Rusiyada 5000 illik skeletlərdə infeksiyanın izləri tapılıb. Lakin İtaliyanın Turin şəhərindəki Museo Egizioda saxlanılan qədim Misir mumiyasını tədqiq edən alimlər Tunc dövrünün əvvəllərində bu dəhşətli xəstəliyin Şimali Afrikada da mövcud olduğunu ortaya çıxarıb.
Qədim Misirdə Qara Ölümün yayılması ilə bağlı qeyri-müəyyənlik qalsa da, əvvəlki tədqiqatlar tarixi dövrlərdə Nil çayı sahillərində mümkün epidemiyalara işarə edir.Araşdırmalar davam edir.
Hindistanda 7 günlük matəm elan edilib...
Çin yeni nəsil amfibiya hücum gəmisini...
2024-cü il Belçikada ən yağışlı il olub...
“Qazaq Air” Yekaterinburqa uçuşları...
Muğlada 3,9 bal gücündə zəlzələ baş...