27 dekabr 2024, cümə Bakı, 9°C
IMG-LOGO

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir

26-12-2024
IMG

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərin cəsədləri tanınmaz vəziyyətə olduğu üçün onların kimliyinin müəyyənləşdirilmə prosesi aparılır.

Fhnews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı bildirib.

O qeyd edib ki, cəsədlərin tanınması prosesi bir qədər zaman alacaq. Həlak olanların kimliyi müəyyənləşdikdən sonra ölkələrinə göndəriləcək. Cəsədlərin kimliyinin müəyyənləşdirilməsi üçün Azərbaycandan Aktauya gələn Səhiyyə Nazirliyinin və Baş Prokurorluğunun ekspert qrupu araşdırma aparır. Cəsədlərin tanınması üçün yaxınlarının DNK analizinə ehtiyac olacaq. Həlak olan 26 Azərbaycan vətəndaşının 3-ü tanınan haldadır.

Bundan başqa A.Süleymanlı qeyd edib ki, hadisə baş verən andan etibarən Qazaxıstanın müvafiq rəsmi qurumları operativ və peşəkar formada fəaliyyət göstərir. Yaralıların təcili və təhlükəsiz xəstəxanaya çatdırılmasının ölüm hallarını minimuma saldığını vurğulayan Baş konsul əlavə edib: “Qazax xalqı da bu hadisəyə biganə yanaşmır. İnsanlar yaralılara könülü qan verirlər. Bundan başqa konsulluq qarşısına gül dəstələrinin düzülməsi yerli əhalinin öz təşəbbüsüdür”.

Ayxan Süleymanlı bildirib ki, hadisə baş verən andan Aktaudakı Türkiyə, İran, Özbəkistan və Türkmənistanın baş konsulları Azərbaycana dəstək nümayiş etdirirlər.

Paylaş: