27 dekabr 2024, cümə Bakı, 11°C
IMG-LOGO

Çində dünyanın ən böyük layihəsi həyata keçiriləcək

26-12-2024
IMG

Çinin Tibet Muxtar Bölgəsində dünyanın ən böyük hidroelektrik layihəsini inşa edəcəyi açıqlanıb. Tikintisinin 1 trilyon yuana,yəni təxminən 137 milyard dollara başa gəldiyi təxmin edilən bəndin dünyanın ən bahalı infrastruktur layihəsi olacağı gözlənilir.

Bildirilib ki, Çinin Himalay dağlarının şərqində, Yarlung Tsangpo çayının aşağı axarında Tibet yaylasında qurmağı planlaşdırdığı bəndin tikintisinə icazə verilib.

İldə təxminən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilən bəndin Çinin ən böyük su elektrik stansiyası olan Hubey əyalətindəki Üç Vadi bəndinin üç qatından artıq  gücə sahib olacağı qeyd edilib.

Paylaş: