Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Astara Elektrik Şəbəkəsinə daxil olan bir sıra ərazilərdə 35 kV-luq “Lovain” və “Astara” hava xətlərində aparılan təmir və budama işləri ilə əlaqədar dekabrın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, bununla əlaqədar olaraq saat 14:00-dan saat 16:30-dək Kijəbə, Ərçivan qəsəbələri, Lovain, Pensər, Səncərədi, Qapıçıməhəllə, Çayoba, Şahağac, Siyaku, Şiyəkəran, Hamoşam kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və budama işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Baş Prokurorluq: AZAL-ın təyyarəsinin...
Elşən Süleymanov küçəsində yerləşən...
Medianın İnkişafı Agentliyi...
Bakı-Qroznı reysini yerinə yetirən...
Sərnişin təyyarəsinin qəzaya uğraması...