Romanın rəmzi- Sevgi Bulağı
Romanın simvoluna çevrilən və hər il milyonlarla turisti qəbul edən dünyaca məşhur Trevi Fəvvarəsi üç aylıq bərpa işlərindən sonra yenidən ziyarətçiləri qəbul etməyə başlayıb.
Romaya gələn turistlərin ən çox ziyarət etdikləri yerlərdən biri olan Trevi Fəvvarəsində oktyabr ayında başlayan baxım, təmir və təmizlik işləri başa çatıb.
Görülən işlər zamanı ziyarətçilərin marağını itirməməsi üçün böyük hovuzunun üzərində daşınan gəzinti cığırının salındığı tarixi fəvvarə bu gün yenidən istifadəyə verilib və əvvəlki görkəminə qaytarılıb.
Təxminən 3 ay davam edən işlərin 327 min avroya başa gəldiyi və işlərin Covid-19 epidemiyasından sonra İtaliyanın Avropa Birliyindən aldığı bərpa fondundan maliyyələşdirildiyi bildirilib.
Açıqlamada tarixi binanın qarşısında izdihamın qarşısını almaq üçün fəvvarəyə girişin məhdudlaşdırılacağı, eyni anda 400 ziyarətçinin daxil olmasına icazə veriləcəyi və bu mərhələdə ziyarətçilərdən giriş haqqının alınmayacağı bildirilib.
Məhdud sayda ziyarətçinin qəbulu praktikasının hər gün səhər saat 09.00-dan 21.00-dək qüvvədə olacağı, axşam saat 21.00-dan sonra isə heç bir məhdudiyyətin olmayacağı qeyd edilib.
18-ci əsrdə o vaxtkı Papa XII Klementin təşkil etdiyi müsabiqədə qalib gələn italyan memar Nikola Salvinin Poli Sarayının bir fasadında inşa etdiyi, gec barokko memarlığının nümunəsi sayılan Trevi fəvvarəsində sonuncu dəfə 2014-cü ildə ciddi və hərtərəfli bərpa işləri aparılıb.
Səlcuqlu sultanlarının DNT analizi ilə...
ABŞ-nın simvollarından biri olan "keçəl...
Trampın ölüm cəzaları ilə bağlı...
NASA-dan rekord qıran yaxınlaşma...
Vladiqafqazda ticarət mərkəzində...