25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb

22-12-2024
IMG

Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb.

Fhnews.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilir ki, dekabrın 15-dən 19-dək Mozambikdə qasırğa 110 mindən çox yaşayış binasını dağıdıb.

Bundan əvvəl Kabo Delqado, Nyasa, Nampula, Tete və Sofala əyalətlərində 500-dən çox yaralı və 329 min qaçqın olduğu bildirilirdi.

Xatırladaq ki, dekabrın 7-8-də Hind okeanının cənub-şərq hissəsində yaranan qasırğa Afrika sahillərinə doğru hərəkət etməyə başlayıb. Mayot adasında qasırğa səbəbindən 30-dan çox adam həlak olub. Dekabrın 23-ü adada matəm günü elan edilib.

Mozambikdən qərbə doğru hərəkət edən qasırğa Zimbabve və Malavidə də fəsadlar törədib.

Paylaş: