25 dekabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

İstanbulda “Qarabağdan İstanbula Xalça Sərgisi” açılıb

24-12-2024
IMG

Sərgi Türkiyə Gənclik və Təhsil Xidmətləri Vəqfi (TÜRGEV) və Xarı Bülbül adına Azərbaycan Vizyon Teatr Dərnəyi ilə birgə təşkil edilib. Proqramın açılışında çıxış edən TÜRGEV İdarə Heyətinin sədri Hatice Akıncı Yılmaz Qarabağın türk dünyası tarixinə qızıl hərflərlə yazılmış bir coğrafiya olduğunu, böyük mübarizə və həsrətin simvoluna çevrildiyini bildirib. Yılmaz "Qarabağ təkcə bir torpaq parçası deyil, həm də bir millətin əzmkarlığının, səbrinin, birlik ruhunun ən böyük nişanəsidir. Xocalıdakı zülm və illərdir davam edən işğal prosesi hamımızı dərindən yaraladı. Lakin eyni zamanda Biz də Türk dünyasında Azərbaycanın haqq işini dəstəklədiyimizi ifadə etdik "-deyib.

Paylaş: