Rusiyaya məxsus yük gəmisi Aralıq dənizində batıb
Rusiya Xarici İşlər Nazirliyi Rusiyaya məxsus yük gəmisinin Aralıq dənizi sularında batdığını açıqlayıb.
Nazirliyə bağlı Böhran Vəziyyətləri Mərkəzindən verilən məlumata görə, Aralıq dənizinin beynəlxalq sularında Rusiyaya məxsus “Ursa Mayor” yük gəmisinin maşın zalında partlayış baş verib. Partlayış nəticəsində gəmi su götürərək batıb.
Gəmidəki 16 ekipaj üzvündən 14-ü xilas edilib, itkin düşən 2 nəfərin axtarışları davam edir.
Səlcuqlu sultanlarının DNT analizi ilə...
ABŞ-nın simvollarından biri olan "keçəl...
Trampın ölüm cəzaları ilə bağlı...
NASA-dan rekord qıran yaxınlaşma...
Vladiqafqazda ticarət mərkəzində...