26 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

Aktauda təyyarə qəzasında xəsarət alanlar tam tibbi yardımla təmin edilir - YENİLƏNİB

25-12-2024
IMG

Aktau yaxınlığında baş verən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 28 nəfər tibb müəssisələrinə yerləşdirilib.

Fhnews.az Qazaxıstan Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlara xəstəxanalarda bütün zəruri tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.

Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan ibarət mütəxəssis briqadası ilə tibbi aviasiya təyyarəsi yola düşəcək.

12:41

Aktauda qəza enişi edən təyyarədə 5 nəfər ekipaj üzvü də daxil olmaqla, 67 sərnişin olub.

Fhnews.az Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 150 əməkdaş və 45 texnika cəlb edilib. Sərnişinlərin tam siyahısı dəqiqləşdirilir.

Paylaş: