Medianın İnkişafı Agentliyi jurnalistləri təyyarə qəzası ilə bağlı təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırıb
Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır.
Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.
Fhnews.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
“Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.
Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq”, - deyə açıqlamada qeyd olunub.
Fövqəladə Hallar Nazirliyi və...
Qazaxıstan Baş nazirinin müavini təyyarə...
Aktau yaxınlığında qəzaya uğramış...
Baş Prokurorluq: Yaralıların yaxın...
Təyyarə qəzasında yaralananlar üçün...