Azərbaycanın yaşıl enerji təcrübəsi beynəlxalq miqyasda nümunə olaraq göstərilir
BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) Gürcüstanda yaşıl enerji sahəsində yaradılması planlaşdırılan agentlik üçün dünya üzrə ən yaxşı təcrübələri araşdırıb və bu araşdırmada Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) fəaliyyəti də nümunə olaraq göstərilib.
Energetika Nazirliyindən bildirilib ki, qeyd olunan tövsiyələrdə Azərbaycanın bərpaolunan enerji sahəsində qazandığı zəngin təcrübə öz əksini tapır.
Hesabatda AREA-nın Azərbaycanda bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təmin olunması sahəsində fəaliyyət göstərdiyi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində iştirakı qeyd edilir, təmiz enerji texnologiyalarının tətbiqini təşviq edən uğurlu layihələrdən bəhs olunur.
AZAL təyyarənin qəza enişi etməsi ilə...
Aktauda təyyarə qəzası yerində yanğın...
Qazaxıstan FHN xilasetmə əməliyyatları...
Bakı-Qroznı reysini yerinə yetirən...
Azərbaycanda elektron satınalmaların...