Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi beynəlxalq müsabiqənin qalibi seçilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) növbəti beynəlxalq uğura imza atıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ABŞ-ın aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Global Recognition Awards” beynəlxalq müsabiqəsində Agentliyin fəaliyyət sahələrində son illər aparılan islahatlar münsiflər heyəti tərəfindən ən yüksək balla qiymətləndirilib.
Beləliklə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müsabiqənin qalibi seçilərək “Global Recognition Awards 2024” mükafatına layiq görülüb.
Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Kanada, İspaniya, Mərakeş, Avstraliya, Yunanıstan və digər ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların təmsil olunduğu müsabiqə innovasiya, korporativ məsuliyyət və s. üzrə ən əhəmiyyətli uğurları qlobal səviyyədə tanıtmaq məqsədi daşıyır.
Həmin mükafat rəqəmsal texnologiyaların, innovativ yanaşmaların geniş tətbiqi və s. üzrə mühüm nailiyyətlər əldə edən təşkilatlara verilir.
Baş Prokurorluq: AZAL-ın təyyarəsinin...
Elşən Süleymanov küçəsində yerləşən...
Medianın İnkişafı Agentliyi...
Bakı-Qroznı reysini yerinə yetirən...
Sərnişin təyyarəsinin qəzaya uğraması...