Stolüstü tennis üzrə ölkə turniri başa çatıb
Sumqayıt şəhərində 2014-cü il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilərin ölkə turniri keçirilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər. 100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Gərgin və maraqlı mübarizənin nəticəsinə görə oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutub. Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olub.
Fərqlənən idmançılara federasiyasının hədiyyələri təqdim edilib.
Azərbaycan üzgüçüləri Estoniyada 22...
Azərbaycan təmsilçisi kəmər güləşi üzrə...
Taekvondo üzrə ölkə birinciliyi və...
İdmanda 2025-ci il üçün qadağan edilmiş...
Azərbaycanda idmanın inkişafındakı...