Avstraliyada artan yanğın riski ilə əlaqədar xəbərdarlıq
Avstraliyanın bəzi ştatlarında yanğın riskinin artması səbəbindən ənənəvi Boks Günü tətilində səyahət edənlərdən diqqətli olmaları xahiş olunub.
“SBS News”un məlumatına görə, meşə yanğınları Viktoriya, Yeni Cənubi Uels və Cənubi Avstraliya ştatlarına təsir etməkdə davam edir.
Viktoriya ştatında nəzarətdən çıxan yanğınlarda Grampians bölgəsində 41 min hektardan çox meşə sahəsi məhv olub, Bullengarook və Vest Gippsland bölgələrində yanğınlar davam edir.
Victoria ştatının Fövqəladə Hallar üzrə Müvəkkili Rik Nugent ənənəvi BOKS günündə-26 dekabrda temperaturun 40 dərəcəyə çatacağını vurğulayaraq, güclü və quru küləklərin təsiri ilə ştatda yanğın riskinin artacağına diqqət çəkib.
Nugent Boks Günündə səyahət edənləri yanğın riski ilə bağlı diqqətli olmaları barədə xəbərdar edib.
Viktoriya Yanğınsöndürmə İdarəsinin baş icraçı direktoru Ceyson Heffernan Milad tətilləri zamanı yüksək yanğın riski olan ərazilərə səyahət etməməyi xahiş edib.
Cənubi Avstraliya əyalətində dekabrın 25-26-da orta temperaturun yerlərdə 36-37 dərəcəyə çata biləcəyi təxmin edilir.
Digər tərəfdən, yanğınlarla mübarizəyə dəstək olmaq üçün NSW, Queensland və Tasmania əyalətlərindən təxminən 100 yanğınsöndürmə personalı Viktoriyaya göndərilib.
Səlcuqlu sultanlarının DNT analizi ilə...
ABŞ-nın simvollarından biri olan "keçəl...
Trampın ölüm cəzaları ilə bağlı...
NASA-dan rekord qıran yaxınlaşma...
Vladiqafqazda ticarət mərkəzində...