26 dekabr 2024, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

25-12-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə bağlı faciəli xəbəri dərin hüznlə qarşıladım.

Bu çox ağır itkinin kədərini bölüşərək Sizə, mərhumların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Mənim tapşırığımla yaradılan Qazaxıstan Hökuməti yanında Dövlət Komissiyası xilasetmə əməliyyatı çərçivəsində lazımi tədbirləri görür, həmçinin insanların həyatının xilas edilməsinə və sağ qalan vətəndaşların reabilitasiyasına maksimum kömək göstərir.

Sizi əmin edirəm ki, Qazaxıstan yaralananlara dostluq və qardaşlıq ruhunda kömək göstərilməsi, onların öz vətənlərinə sağ-salamat qayıtmaları, eləcə də bu hadisənin bütün hallarının aydınlaşdırılması prosesində Azərbaycan tərəfinə hərtərəfli dəstək verəcəkdir.

Dərin hüznlə,

Kasım-Jomart Tokayev

Qazaxıstan Respublikasının Prezidenti

Paylaş: